İŞİD-dən daha bir qadağa: bu dərslər tədris olunmayacaq

 İraq Şam İslam Dövləti terrorçu qruplaşması Suriyada nəzarət etdiyi ərazilərdə bəzi dərslərin keçirilməsini qadağan edib. Son dəfə çərəz və turşunu yasaqlayan qruplaşma məktəblərdə musiqi, tarix, sosiologiya, din mədəniyyəti kimi bir çox dərsin keçirilməsini istəmir.

 

Sosial şəbəkələrdə yayılan məlumata görə, İŞİD-ə bağlı Təhsil İdarəsinin çıxardığı

qərarla Əsəd rejiminin təhsil sistemində yer alan bəzi fənlər qadağan edilir. Qərarda o da bildirilir ki, Suriya dövlət himni ifa olunmayacaq, "Suriya Ərəb Dövləti" ifadəsi "İslam Dövləti" olaraq dəyişdiriləcək. Riyaziyyat fənnində isə faizin qanuni göstərilməsinə aid misallara icazə verilməyəcək.

 

Darvin nəzəriyyəsi ilə əlaqəli olan və ya yaradılışı inkar edən hər cür elmi bilgilərin silinəcəyi bildirilən qərarda təhsil sistemindən çıxarılan dərslər belə sıralanıb: Musiqi, milli təhsil, sosial bilgilər, tarix, incəsənət, bədən tərbiyəsi, fəlsəfə, sosiologiya, psixologiya, din mədəniyyəti dərsləri.

Müəllif | Apa.Tv
Apa.tv