Sumqayıtda iki aylıq körpənin oğurlanması faktını xüsusi qrup araşdıracaq

Sumqayıtda iki aylıq körpənin oğurlanması faktı ilə bağlı xüsusi qrup yaradılıb. Bu barədə  APA TV-yə Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.  Məlumata görə, qrupa Sumqayıt şəhər polis idarəsinin 4 bölməsindən hər birindən 2 əməkdaş cəlb olunub. İdarə rəisionlara yalnız bu işlə məşğul olmağı tapşırıb. İdarədən bildirilib ki, uşağı oğurlayan qadının kimliyinin müəyyən olunmamasının əsas səbəbi işdə ip ucunu olmamasıdır.

 

Xatırladaq ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum qadın tərəfindən oğurlanıb.  

 

Fakta görə Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə başlanıb, istintaq tədbirləri davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv