Obama: “NATO-nun çəkdiyi fotolar Rusiya qoşunlarının Ukraynaya daxil olduğunu təsdiqləyir”

Ukraynanın antiterror əməliyyat qüvvələri Donetsk, Luqansk, Alçevsk və digər yaşayış məntəqələrində döyüşləri davam etdirir. APA TV-nin məlumatına görə, Ukrayna hərbçilərinin Lrasnaya Polyana, Qeorqievka, Lutuqino, Qerasimovka, Staniçno-Luqanskaya, Malonikolayevka, Deboltsevo yaşayış məntəqələri və Luqansk aerodromunda yerləşən mövqeləri atəşə tutulub. Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin isə rusiyalı könüllülərin Ukrayna əleyhinə döyüşdüyünü etiraf edib. O, Birləşmiş Ştatları Ukraynaya hərbi yardım göstərməkdə ittiham edib.

 

Amerika prezidenti Barak Obama isə Rusiyanı Ukraynada gərginliyin davam etməsi üçün külli miqdarda maliyyə vəsaiti xərcləməkdə günahlandırıb. Onun sözlərinə görə, Rusiya separatçılara təlim keçir, onları silahlandırır və maliyyələşdirir. Prezident deyib ki, NATO-nun çəkdiyi son fotolar Rusiya qoşunlarının Ukrayna ərazisinə keçdiyini sübut edir. O, Ukrayna prezidenti Pyotr Poroşenkonun gələn ay Ağ Evə səfər edəcəyini vurğulayıb.
 

Müəllif | Apa.Tv
Apa.tv