Sabah Azərbaycanda yağış yağacaq

Avqustun 30-da Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometroloji Proqnozlar bürosundan APA TV-yə verilən məlumata görə, güclü şimal qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26, gündüz 28-32 dərəcə isti olacaq. Bölgələrdə əsasən, gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir, qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 21-26, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. 

Müəllif | Apa.Tv
Almaz Qasımova