Bakıda iki qadın kişinin çantasını əlindən alaraq qaçıblar

Bakıda soyğunçuluq hadisəsi baş verib. Yasamal rayonu Şərifzadə küçəsində  Bakı şəhər sakini Elmir Şirinovun mağazaların birində pul xırdaladığını görən  2 qadın onun ardınca düşərək  pul kisəsini oğurlayıb qaçıblar. Qadınların dalınca qacan Şirinov onlara cata bilməsə də, yaxınlıqda olan Çevik Polis Alayının əməkdaşları onları yaxalayıblar. Sumqayıt şəhər sakini Natiqə Baxıyeva və Bakı şəhər sakini Nərgiz Ağaməmmədova və Yasamal RPİ 29-cu polis bölməsinə təhvil veriliblər. 

Müəllif | Apa.Tv