Siyəzəndə maşın kanala aşıb, iki nəfər itkin düşüb
Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakini, 1968-ci il təvəllüdlü Babayev Əlövsət Əliiskəndər oğlunun idarə etdiyi 10 DS 525 dövlət nömrə-nişanlı, “VAZ 2107” markalı avtomobil Taxta körpü su anbarının Ataçay adlanan hissəsində kanala düşüb. Sürücünün oğlu, 1997-ci il təvəllüdlüi Babayev Əlövsət və Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Əmirov Rəşad Pirəli oğlu kanala düşdükləri yerdən 3 km aralıda sudan çıxa bilib.
Maşının sürücüsü və Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü sərnişin Şirinov Əlikişi Zikrət oğlunun axtarışları isə davam etdirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Kanalın suyu qurudulub, axtarış tədbirləri davam etdirilir.