Azərbaycanda İraq türkmənlərinə yardım kampaniyası başladı

İraqda yaşayan türkmənlərə dəstək məqsədilə “Haray” yardım kampaniyasına başlamaq haqqında qərar verilib. İraqda yaşayan türkmənlərin üzləşdiyi problemlərə həsr olunan tədbirdə DAK-ın Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimli bildirib ki, artıq bir neçə təşkilat kampaniyaya qoşulub: “Təklif edirik ki, kampaniyanın əsasını yeyinti məhsulları təşkil etsin. Hesab edirik ki, kampaniya uğurlu alınacaq. İraqda yaşayan soydaşlarımıza dəstək olmaq hər kəsin borcudur”.

Səftər Rəhimli bildirib ki, bir ilə yaxındır İraq türkmənləri terrorçu qruplaşma tərəfindən qətlə yetirilir, yurd-yuvalarından didərgin salınır.

“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri, kampaniyanın təşəbbüskarı Ceyhun Ələkbərov qeyd edib ki, əsas məqsəd İraqda yaşayan türkmənlərə maddi və mənəvi dəstək olmaqdır.

Tədbir müzakirələrlə davam edib.

Müəllif | Apa.Tv
Apa.tv