Ədliyyə naziri Şəmkirdə qəbul keçirib

Ədliyyə naziri Fikrət Məmmədov Şəmkirdə bölgə sakinlərini qəbul edib. APA TV nin qərb bürosunun məlumatına görə, qəbula Şəmkirlə yanaşı, Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarının sakinləri qatılıb. Vətəndaşlar əsasən ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlər səsləndiriblər. Qaldırılan məsələlərin bir qismi həll edilib, bəziləri isə aidiyyatı üzrə nəzarətə götürülüb. Gün ərzində keçirilən iki görüşdə ümumilikdə 50 nəfərədək vətəndaşın müraciəti dinlənilib.

Müəllif | Apa.Tv
Azər Məmmədli