Şəkidə dağlıq ərazidə yanğın başlayıb

Şəkidə dağlıq ərazi yanır. APA TV-nin məlumata görə, Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Şəkinin Oxut kəndi ərazisindən keçən hissəsində ötən gün günorta saatlarından naməlum səbəbdən yanğın başlayıb. Hadisənin yüksək dağlıq ərazidə olması səbəbindən texnikadan istifadə etməyin mümkünsüzlüyünü nəzərə alınaraq, əraziyə FHN-nin Şəki rayon DYMH-nin canlı qüvvəsi, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda ərazidə yanğın davam edir, canlı qüvvələrin səyi nəticəsində yanğının məhdudlaşdırılması istiqamətində iş gedir.

 

Daha bir yanğın hadisəsi isə rayonun İnçə kənd inzibati ərazisində kənd bələdiyyəsinə məxsus kol-kos və müxtəlif sort  ağaclardan ibarət sahədə baş verib. Əraziyə  FHN-nin Şəki rayon DYMH-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində 0,8 hektar sahədə kol-kos və quru ağac budaqları yanıb.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov