Azərbaycanlı jurnalistlər TRT-də təlim keçiblər

Azərbaycanlı jurnalistlərin Türkiyədəki təlimləri başa çatıb. "Türk İşbirliyi və Koordinasion Ajansı Başkanlığı”  (TİKA) ilə TRT-nin təşkil etdiyi 18 günlük təlim  çərçivəsində azərbaycanlı jurnalistlər televiziyanın bir çox sahələrinə dair hazırlıq keçib, təcrübə mübadiləsi aparıblar. TRT-nin tanınmış simalarından dərs alan jurnalistlər üçün Türkiyənin bir sıra şəhərlərinə səfərlər də təşkil olunub.

 

Təlimlərin Bakıda keçirilən bağlanış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun bu cür təlimlərin davamlı olmasının vacibliyindən danışıb.

 

Sonda səfər zamanı maraqlı reportaj hazırlayan media nümayəndələri mükafatlandırılıb. Mükafat alanlar arasında APA TV-nin əməkdaşı da olub.   

Müəllif | Apa.Tv