Dairəvi yolda zəncirvari qəza olub

Təmirə bağlanan yolda “Dayan!” işarəsinin olmaması ağır qəzaya səbəb olub. Eyni anda üç avtomobil yolun ortasına qoyulan beton maneələrə çırpılıb. Ağır qəza ötən gecə paytaxtın Yasamal rayonu ərazisində Dairəvi yolda baş verib.

 

Əvvəlcə Məhəmmədəli Əsgərov “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən maşını görmdiyi beton məneələrə çırpıb.

 

Bir qədər sonra eyni hadisə bir-birilərinin arxasınca gələn Həsəd və Adəm Alışov qardaşlarının da başına gəlib. Onlar idarə etdikləri "VAZ-21011" və "VAZ 2106" markalı avtomobilləri maneələrə çırpıblar

 

Hadisə nəticəsində Adəm Alışov və onun avtomobilində olan üç nəfər Ülvi Əhmədov, Elçin və Nazim adlı sərnişinlər xəsarət alıblar. Əraziyə təcili tibbi yardım əməkdaşları gəlib. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib.

 

Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv