Göygöldə baş vermiş ağır qəzada 3 nəfər yaralanıb

Göygöl rayonunun Üçtəpə kəndi ərazisində 3 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayon sakini, 23 yaşlı Anar Xudaverdiyevin idarə etdiyi “Mersedes” markalı avtomobillə, rayonun Üçtəpə kənd sakini, 22 yaşlı Nafiq Əsgərovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub. Qəza zamanı “Mersedes”in sürücüsü Anar Xudaverdiyev və onun sərnişini, 24 yaşlı Nicat Xudaverdiyev, həmçinin “VAZ 2106” nın sürücüsü Nafiq Əsgərov müxtəlif bədən xəsartələri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli