Bakıda toydan çıxan kişini maşın vurub öldürdü

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Mikayıl Əliyev küçəsində qeydə alınıb.

 

“Mercedes” markalı avtomobil piyada 46 yaşlı Yura Məmmədovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, piyada sərxoş olub və yaxınlıqdakı restoranlardan birində toydan çıxıbmış.

 

Toyda iştirak edən qonaqlar polisə ifadələrində bildiriblər ki, Yura Məmmədov toyun başa çatmasına az qalmış bayıra çıxıb və restoranın qarşısında dayanıb. Bir qədər sonra o, yolu keçmək istəyərkən maşınla vurulub.

 

“Mercedes”in də yüksək sürətlə idarə edildiyi bildirilir.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv