Yüksək sürət qəzaya səbəb oldu

Ötən gecə Bakının Nərimanov rayonunda sərnişinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. “Saipa” və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində hər iki maşına ciddi ziyan dəyib, bir nəfər sərnişin isə xəsarıt alıb.

 

Hadisə yerinə Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırma nəticəsində məlum olub ki, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv