Prezidenti İlham Əliyev Xətai RİH-in binasında aparılan yenidənqurma işləri ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev Bakının Xətai Rayon İcra Hakimiyyətinin binasında aparılan yenidənqurma işləri ilə tanış olub. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

 

Bildirilib ki, bu inzibati bina 1979-cu ildə tikilib və o vaxtdan əsaslı təmir edilməyib. Beşmərtəbəli binada aparılan yenidənqurma işləri zamanı fasad tamamilə yenilənib. Əvvəllər ümumi sahəsi 2500 kv.m olan binanın ərazisi genişləndirilərək 2875 kv. m-ə çatdırılıb.

 

Prezident İlham Əliyev vətəndaşların qəbulu otağında yaradılan şəraitlə tanış oldu. Bildirilib ki, dövlət başçısının “elektron hökumət”in yaradılması barədə tapşırıqlarına uyğun olaraq, icra hakimiyyətinin elektron idarəetmə və məlumat bazasında vətəndaşların ərizə və şikayətlərinin elektron formada qəbulu da reallaşıb. Rayonun hər bir sakini icra hakimiyyətinin binasına gələrək bu sistem vasitəsilə elektron ərizə yaza və müvafiq şöbəyə göndərə bilər. Bununla yanaşı, vətəndaşlar bu sistemdən internetlə rayon icra hakimiyyətinin rəsmi saytına və ya bu bazaya daxil olaraq evlərindən birbaşa müraciət edə bilərlər. 220 yerlik konfrans zalında icra hakimiyyətinin və rayonla bağlı tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Burada işıq, səs və digər müasir sistemlər quraşdırılıb.

 

Prezident İlham Əliyev vətəndaşların qəbulu otağında yaradılan şəraitlə tanış olub. Sonra dövlət başçısı icra hakimiyyəti binasının qarşısında yaradılan parka baxıb.

Müəllif | Apa.Tv
Apa.tv