Rusiya və Fransa prezidentləri Ukrayna məsələsindən danışıblar

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Fransua Olland arasında telefon danışığı olub. Dövlət başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər. Hər iki tərəf regionda qan tökülməsinin  dayandırılmasının vacibliyini qeyd edərək, humanitar fəlakətin aradan qaldırılması  və problemin dinc siyasi vasitələrlə həll olunmasını vurğulayıb. Liderlər  Avropa Birliyinin növbəti sammitində Ukraynadakı vəziyyətin müzakirə olunacağı barədə də razılığa gəliblər.

 

Müəllif | Apa.Tv
Apa.tv