Sabah Bakıda qısamüddətli yağış gözlənilir

Avqustun 31-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən xəbərə görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında tədricə mülayimləşəcək.

 

Havanın temperaturu gecə 23-26, gündüz 26-31 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

 

 

Müəllif | Apa.Tv