Bərabər yaşadığı qadının boyunbağını və şəxsiyyət vəsiqəsini oğurladı

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbə sakini Əkbərov Həbib saxlanılıb. O, Yeganə adlı həmyerlisinin qızıl boyunbağını və şəxsiyyət vəsiqəsini oğurlamaqda təqsirli bilinir. Polisə müraciətində əşyalarının oğurlandığını bildirən şikayətçi həmçinin Həbib Əkbərovun ona qarşı zorakı  seksual hərəkətlər etdiyini də iddia edib. Saxlanılan şəxs isə Yeganə ilə aralarında  şəxsi münasibətlərinin olduğunu, heç bir oğurluq və zorlama hadisəsinin baş vermədiyini deyir: "Onunla ilyarım bir yerde yaşamışıq. Ayrıldığıma görə mənə şər atır".

 

Həbib Əkbərov bildirir ki, son 3 ayda işləmək üçün ailəsi ilə birgə Naxçıvanda olub. APA TV-nin xəbərinə görə, istintaq araşdırmaları davam edir.

 

Müəllif | Apa.Tv