Saxlanan şəxs: "Qaynanasını bacıma şər atdığına görə bıçaqladım"

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları Masallı rayon sakini  Nuruzadə İdris oğlunu saxlayıblar. 

 

APA TV-nin xəbərinə görə, saxlanılmanın səbəbi İdris Nuruzadənin bacısının qaynanası Şəfəq Cümşüdovaya soyuq silah sayılan beşbarmaq və bıcaqla xəsarət yetirməsi olub. Hadisə martın 11-də zərəcəkən şəxsin yaşadığı "Betonzavod" adlanan ərazidə, zərərçəkənin evinin qarşısında olub. Daha sonra hadisə yerindən  qacan İdris Nuruzadə polis tərəfindən axtarılsa da, gizləndiyindən onu xeyli vaxt tapmaq mümkün olmayıb.  

 

İdris Nuruzadə qadının bacısına şər atdığını iddia edib.

 

Saxalanılan şəxsin dediyinə görə hadisədən sonra Bakıya köcərək kirayə yaşayıb. 16 yaşlı bacısı isə hazırda ata evində qalır. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində  CM 221.3-cü (xuliqanlıq) maddəsi  cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv