Məktəbli bazarlığı neçəyə başa gəlir? - REPORTAJ

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bu səbədən də dükan və bazarlarda məktəb ləvazimatlarının satışı artır. Hazırda ticarət mərkəzlərində müxtəlif çeşiddə məktəbli ləvazimatı tapmaq mümkündür. APA TV-nin məktəbli bazarlığının neçəyə başa gəlməsi ilə apardığı müşahidələrdən məlum oldu ki, bir övladını məktəbə yola salan valideynlərə ən azı 100-150, 2 uşaq məktəbə göndərəcək valideynlərə 150-200 manata yaxın pul lazımdır. Üç və daha artıq övladını məktəbə göndərməyə hazırlaşanların isə xərcləyəcəyi məbləğ bundan iki dəfə çoxdur. Hər halda bu bazarlıqdan razı qalanlar da var, qalmayanlar da...

 

"Qimətlərdən razıyam. Məkəb ləvazimatları həla almamışam , amma formanın qimətlərindən razıyam".

"Bu il ilk dəfə oğlum 2-ci sinfə gedəcək. Məktəb ləvazimatları bahadı. Geyim normaldı. Cibimə bir az uyğundu. Daha yaxşı olar ki, ucuz olsun".

 

Öyrəndik ki, çantaların qiymətləri: Dubay çantaları 10-13 manat arası, Türkiyə istehsalı olan çantalar isə 30-40 manat arasında dəyişir. Dəftərlərin qiymətləri - 12 vərəqli dəftər 10 qəpikdir. İstehsal olunduğu ölkələrdən asılı olaraq dəftərlərin qiymətləri aşağıdakı kimidir. 40 vərəqlı dəftərlər- Azərbaycan istehsalı 40 qəpik, Rusiya istehsalı 70 qəpik, Türkiyə istehsalı 80 qəpik, 100 vərəqli dəftərlər 50, 80 qəpik və bir manat, qələm 20 qəpikdən 1 manatadək, karandaş 10 qəpikdən 40 qəpiyədək, xətkeş 20 qəpikdən 50 qəpiyədək, sirkul 1manat 20 qəpikdən 8 manatadək, pozanın qiyməti isə 20 qəpiklə 1 manat arasında dəyişir. Birinci sinfə gedəcək şagirdlər üçün nəzərdə tutulan digər ləvazimatların da qiymətləri məlumdur. Yemək qabı 3 manatdan 9 martadək, su qabı 3 manatdan 14 manatadək, rəsm albomunun qiyməti isə 40 qəpiklə 2 manat arasında dəyişir.

 

"Qiymətlər münasibdir. Geyimə 50 manat pul xərcləmişəm. Hələ ki narazılığım yoxdu, amma umumi xərci hesablamamışam. Məncə bu həm də insanın özündən asılıdır, kim necə istəyir onu da alır".

 

"Məktəbli fromasının qiyməti baha, keyfiyyəti isə yoxdur. Hər il dəyişirik. Bu isə büdcəmə uyğun gəlmir. Hətta yubkanın rəhgi pencəyə belə uyğun gəlmir".

 

"Ötən illə müqayisədə elə də artmayıb qiymətlər. Əsas geyimdir. Sonra alacağım ləvazimatların ucuzunu da ala bilərəm ".

 

Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyir ki, bu il bütün məktəbliləri təmin etmək üçün lazımi qədər məktəbli forması tikilib. “Hazırda bütün növ ölçüdə geyimlə təminat baxımdan heç bir çətinlik gözlənilmir”. O ki, qaldı qiymətlərə...

“Həmişə olduğu kimi qiymətlər bu ildə dəyişmir. 1-6 sinflər üçün dəstin qiyməti 40 manat, yuxarı sinflər üçün 52 manat. Dəstin tərkibinə pencək, jilet, şalvar, qızlar üşüncə ətək daxildir".

 

Etibar Əzimovun sözlərinə görə, əhalinin rahatlığı üçün BTE-nin satış məntəqələrinin sayı bu il artırılıb. Etibar Əzimov ölkədə bir neçə sexdə qanunsuz olaraq məktəbli formaları hazırlandığına da diqqət çəkib.

 

"Bizim qaynar xəttimiz var. (012) 597 45 39 saylı telefona zəng edib bizim məhsulların harada satıldığını öyrənmək, mağazalarımızın harada olduğunu dəqiqləşdirmək olar. Digər yerlərdə satılan malların keyfiyyətinə təminat yoxdur. Biz öz geyimlərimizin iki il müddətinə tikiləcəyinə qarantiya veririk".

 

İqtisadçı ekspert Vüqar Bayramlı hesab edir ki, aparılan monitorinqlər bu il də məktəbli bazarında qiymət artımının  olduğunu göstərir.

 

"2014-cü ilin təhsil ili 2013-cü illə müqayisədə yüksək qiymətlərlə başlayıb. Sözsüz ki, bu artım məktəbli formasına təsir etməyib. Amma məktəb geyimləri təkcə formadan asılı deyil".

 

Onun sözlərinə görə, məktəb geyimində olduğu kimi, digər məktəb ləvazimatlarının qiymətində də tavan qiymət müəyyənləşdirmək mümkündür.

 

Nəzərə almaq lazımdır ki, dərs başlayandan sonra müəllimlərin də ardıcıl sifarişləri başlayır. Müxtəlif test kitabları, əlavə tədris vəsaitləri aldırırlar. Yuxarı sinif şagirdləri üçün tapşırıq, məsələ-misal kitabları 3-5 manata, test bankları 2 manatadır.

 

Müəllif | Apa.Tv
Apa.tv