Polşanın Baş naziri Avropa İttifaqı Şurasının prezidenti seçilib

Polşanın Baş naziri Donald Tusk Avropa İttifaqı Şurasının prezidenti seçilib. APA TV-nin xəbərinə görə, bu barədə Avropa Şurasının hazırkı sədri Herman van Rompuy özünün Twitter səhifəsində yazıb.

 

Donald Tuskun sözlərinə görə, onun təcrübəsi Avropaya yeni güc gətirəcək. “Hesab edirəm ki, bu gün Avropa İttifaqına alternativ yoxdur”, deyə Tusk bildirib.

 

Bundan əvvəl Brüsseldə keçirilən Avropa İttifaqının sammiti çərçivəsində İtaliyanın xarici işlər naziri Federika Moqerini Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə alı nümayəndəsi təyin edilib.

 

Müəllif | Apa.Tv