ABŞ “İslam dövləti”nin mövqelərinə yeni zərbələr endirib

ABŞ-ın hərbi təyyarələri İraqda “İslam dövləti” qruplaşmasının mövqelərinə daha beş zərbə endirib. APA TV-nin məlumatına  görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı məlumat yayıb.

 

Hava zərbələri nəticəsində terrorçuların zirehli texnikası, silah-sursatları və atəş nöqtələri məhv edilib. Onlara məxsus tikiliyə ciddi ziyan dəyib. Hava hücumu strateji əhəmiyyət kəsb edən “Mosul” bəndi yaxınlığında həyata keçirilib.

 

Beləliklə, ABŞ Hərbi Hava Qüvvələri avqustun 8-dən “İslam dövləti” qruplaşmasının mövqelərinə 115 zərbə endirib.

 

Müəllif | Apa.Tv