Azərbaycanda 4 bal gücündə zəlzələ olub

Azərbaycanın Zərdab rayonunda 4 bal gücündə zəlzələ baş verib.

 

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin xəbərinə görə, zəlzələ avqustun 30-da yerli vaxtla saat 23:03-də rayondan 10 km şimal-qərbdə, 36 km dərinlikdə qeydə alınıb.

 

Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ hiss olunmayıb. 

 

Müəllif | Apa.Tv