Ukrayna ordusu 100-ə yaxın separatçı öldürüb
Ukraynanın Donetsk vilayətində gərginlik davam edir. Vilayətin bir neçə bölgəsində gecə atışma səsləri eşidilib. Ərazidə kommunal xidmətlər və ictimai nəqliyyat ştat rejimində xidmət göstərir. Ötən sutka ərzində Petrovsk yaşayış məntəqəsində Ukrayna ordusunun endirdiyi zərbələr nəticəsində 100-ə yaxın separatçı öldürülüb. Bu barədə Ukrayna antiterror əməliyyatçılarının mətbuat katibi Leonid Motyuxin məlumat verib. Onun sözlərinə görə, o cümlədən qarşı tərəfin 3 BM-21 "Qrad", bir ZTR və bir ədəd kəşfiyyat maşını məhv edilib.
Aleksandr Yaremenko adına Ukrayna sosial araşdırmalar institutu və "Sosial monitorinq" mərkəzi antiterror əməliyyatçılarının Donbassda fəaliyyətləri ilə bağlı əhali arasında sorğu keçirib. Əhalinin əksəriyyəti yəni 57%-i onlar Donbassda fəaliyyətlərini dərhal dayandırmalı və münaqişənin sülh və kompromis yolu ilə həllini axtarmalıdırlar. 34 faiz əhali isə düşünür ki, əməliyyatçılar orada qalmalıdır. hər 10 respondentdən biri isə süala cavab verməyə çətinlik çəkib.