Xəzərdə zəlzələ olub
Bu gün Xəzərin Azərbaycanın sektorunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, saat 00:58-də, Qaladan 74 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Episentrdə zəlzələnin maqnitudasi 3,4 bal olub. Zəlzələnin dərinliyi 57 km olub. Zəlzələ hiss olunmayıb.