Silahlılar ABŞ səfirliyini tutdular
Silahlılar Liviyanın paytaxtı Tripolidə ABŞ səfirliyinin binalar kompleksini ələ keçiriblər. Səfirliyin əməkdaşları iyulun sonlarında paytaxtdakı döyüşlər nəticəsində yaranan təhlükə üzündən təxliyə edilmişdi.
İlkin məlumata görə, səfirlik binasının pəncərələri sındırılıb. Silahlıların yaydığı videodan görünür ki, naməlum şəxslər boşaldılmış səfirlik kompleksindəki yaşayış binasındadırlar.
Liviyada rəqabət aparan qruplaşmalar arasında davam edən silahlı qarşıdurma üzündən vəziyyət gərgindir. ABŞ Dövlət Departamenti öz vətəndaşlarının Liviyaya getməməyə çağırıb. Amerika səfirliyinin işçiləri, o cümlədən Türkiyə diplomatik nümayəndəliyinin 700-ə yaxın əməkdaşı Liviyadan təxliyə edilib.