Mövlud Çavuşoğlu: “Qondarma “erməni soyqırımı”na qarşı birgə mübarizə aparacağıq”

“Qondarma “erməni soyqırımı”na qarşı birgə mübarizə aparacağıq”.

 

Bu sözləri APA TV-nin Türkiyə təmsilçisi ilə söhbətində Türkiyənin yeni xarici işlər nazir Mövlud Çavuşoğlu deyib.

 

Mövlud Çavuşoğlu nazir olduğu müddətdə Azərbaycana xüsusi diqqət yetirəcəyini vurğulayıb. “Azərbaycan əmin olsun ki, mən həm də onun xarici işlər naziri kimi çalışacağam. Bütün məsələlərdə səylərimizi və qüvvələrimizi birləşdirəcəyik” - deyə nazir bildirib.

 

Mövlud Çavuşoğlu “qondarma “erməni  soyqırımı”na qarşı qardaş Azərbaycanla birgə mübarizə aparılacağını diqqətə çatdırıb. 

Müəllif | Apa.Tv
Apa.tv