NATO sabiq sosialist ölkələrində 5 hərbi baza yaradacaq - SAMMİT

Yeni “soyuq müharibə”yə start verən NATO keçmiş Varşava müqaviləsi ölkələrində 5 yeni baza yaradacaq. APA TV-nin məlumatına görə, bu barədə gələn həftə Uelsdə keçiriləcək NATO sammitində müzakirələr aparılacağı gözlənilir. Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinin yaqzdığına görə, NATO Estoniya, Latviya, Litva, Polşa və Rumıniyadakı bazaları yeni silah sistemləri, o cümlədən tanklarla təchiz edəcək. Hər bazanın ərazisində daimi əsaslarla 300-600 hərbçi saxlanacaq, bundan başqa bu ölkələrdə rotasiya qaydasında az miqdarda hərbi qoşunlar saxlanacaq. Hərbi alyans 4 min nəfərlik çevik reaksiya qüvvələri yaratmağı planlaşdırır, bu qüvvələr hücuma məruz qalacağı təqdirdə həmin ölkələrə göndəriləcək. NATO-ya üzv ölkələrin 28 daimi nümayəndəsinin hazırladığı bu planda Rusiya və Ukraynanın münasibətləri “hibrid müharibəsi” kimi qeyd olunub. NATO bu planı ilin sonuna kimi həyata keçirməyi nəzərdə tutur.

Müəllif | Apa.Tv
Apa.tv