Bakıda kirayənişin ev sahibini qətlə yetirib
Bakıda qətl törədilib. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Samir Həsrət oğlu Zeynalov aralarında yaranan münaqişə zəminində qonşusu, 1969-cu il təvəllüdlü Nizami Səlimxan oğlu Nuriyevi bıçaqlayaraq qətlə yetirib. İlkin məlumata görə 30 yaşlı Samir bir müddət öncə Sulutəpədə öldürülən şəxsin evində kirayənəşin kimi qalıb. Sonra aralarında yaranan narazılıqla bağlı ev sahibi kirayənəşini evindən qovub. Hadisə qonşuların gözü qarşısında baş verib.
APA TV-nin xəbərinə görə, hadisəni törədəndən sonra Samir Həsənov könüllü polisə təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.