ARDNŞ və BP arasında iki Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və BP şirkəti arasında iki Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. APA TV-nin xəbərinə görə, insan resursları sahəsində işçi qüvvəsinin inkişafı və əməkdaşlığın genişləndirilməsinə sənədi Xalik Məmmədov və "BP-Azerbaijan"ın kadrlar üzrə vitse-prezidenti Leyla Novruzova imzalayıblar.

Leyla Novruzova deyib ki, bu əməkdaşlıq hər bir iş üçün yerli kadra ehtiyac duyulduqda qarşılıqlı kadr mübadiləsi ediləcəyini göstərir: "Amma bu o demek deyil ki, bizim kadrlarımızı SOCAR seçəcək , sadəcə kadrların seçilməsində məsləhətləşmə aparılacaq".

 

Xalik Məmmədov isə bildirib ki, yerli əmək bazarının qorunması, yerli mütəxəssislərin işə cəlb olunma məsələsinin önə çəkilməsi, Azərbaycanın əmək bazarında olan mütəxəssislərin birinci təklifin onlara verilməsi üçün imzalanma mərasimi gerçəkləşib. 

 

Tərəflər Qobustan Regional Tədris Mərkəzində yerli işçi qüvvəsinin tədrisi sahəsində əməkdaşlıq haqqında saziş və işə uyğunlaşdırılmış qəbul və təyinat prosesi üzrə qarşılıqlı anlaşma memorandumu da imzalayıblar.

 

Birinci sənədə əsasən, BP Səngəçal, Ümid, Əzimkənd və Qobustanda yaşayan yüzlərlə azərbaycanlı gəncə təhsil verməyi öz üzərinə götürüb.

 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı