ABŞ İŞİD-in mövqelərini 123 dəfə bombardman edib

ABŞ ordusu Mosul bəndi yaxınlığında yerləşən "İslam Dövləti" (İŞİD) terror qruplaşmasına aid mövqelərə hava hücumları təşkil edib. APA TV-nin məlumatına görə, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının yaydığı açıqlamada uzaqdan idarə edilən pilotsuz qırıcı təyyarələrlə həyata keçirilən hücumlarda İŞİD silahlılarına aid 3 yük avtomobilinin məhv edildiyi, birinin isə yararsız hala gətirildiyi, bir zirehli texnikanın və bir artilleriya qurğusunun sıradan çıxarıldığı bildirilir.

 

Əməliyyatı uğurla başa çatdıran qırıcı təyyarələr daha sonra həmin bölgədən təhlükəsiz şəkildə uzaqlaşıb.

 

Bundan başqa, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı ordunun avqustun 8-dən bəri İraqda 123 hava hücumu təşkil etdiyi barədə məlumat verib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama orduya İŞİD terror qruplaşmasına qarşı hava hücumlarının həyata keçirilməsi üçün tam səlahiyyət verib.

 

Müəllif | Apa.Tv