Türkiyənin tanınmış aktyoru Kadir İnanırın səhhəti pisləşib
Türkiyənin tanınmış aktyoru Kadir İnanır xəstəxanaya çatdırılıb. APA TV-nin məlumatına görə, bu barədə məlumatı jurnalist Veysi Polad sosial şəbəkədəki səhifəsində yayıb.
Məlumata görə, Hakkari vilayətində iştirak etdiyi tədbirdə səhnəyə çıxan İnanırın vəziyyəti qəfildən pisləşib. Aktyorun şəklini paylaşan jurnalist, bu kadrdan sonra onun halının pisləşdiyini və xəstəxanaya çatdırıldığını qeyd edib.
Bir müddət sonra Kadir İnanırın vəziyyətinin yaxşı olduğunu yazan Veysi Polad onun oteldə dincəldiyini bildirib. İnanırla çəkdirdiyi fotonu paylaşan Polad, “İzdiham onu yordu. Bu şəkil onun “xəstələndi” sözünə sevinənlər üçün gəlsin” – yazıb.