Ukrayna ordusu Saur-Moqilıda 200-dək itki verib – RƏSMİ AÇIQLAMA

Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə hərbi vəziyyət elan etməkdən imtina edib. APA TV-nin məlumatına görə, parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra prezident bildirib ki, ölkədə vəziyyət ağır olsa da, idarə olunmaz səviyyədə deyil. O qeyd edib ki, müvafiq qərarların hərbi vəziyyət tətbiq etmədən də qəbulu mümkündür.
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin federal prezidenti Didye Burxlater bəyan edib ki, Ukraynada proseslər arzuolunmaz ssenarilər üzrə inkişaf edə bilər. Ukraynanın çox ağır tarixi mərhələdən keçdiyini deyən ATƏT sədri qeyd edib ki, hazırda ölkədə milli dialoq üçün heç bir zəmin yoxdur.


Ukrayna Daxili İşlər Nazirliyi antiterror birləşmələrinin bir həftə əvvəl Saur-Moqilı yaxınlığında yüzlərlə itki verdiyini təsdiqləyib. Daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Ukrayna qoşunları avqustun 24-də mühasirəyə düşüb və çoxlu sayda itki veriblər. İtkilərin sayı dəqiq açıqlanmasa da, müxtəlif saytlar ordu birləşmələrinin mühasirədə 200-dək itki verdiyini yazır. Geraşenko itkilərin sayının çox olmasını Saur-Moqilı yaxınlığındakı birləşmələrin uzun müddət həmin ərazidə dislokasiya olması, silah-sursatının qurtarması ilə əsaslandırıb.

 

Müəllif | Apa.Tv
Apa.tv