Mövqelərimiz atəşə tutulub
Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, düşmən ordusu dünən və bu gecə Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.