İsmayıllıda avtomobil piyadanı vurub

İsmayıllı rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürsonun xəbərinə görə, hadisə ötən gün axşam saat 23:00 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. İsmayilli rayon sakini, 1986-cı il təvəllüdlü Məmmədov Amil Arzuman oğlu idarə etdiyi 90-XN-902 dövlət nişanlı, “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1981-ci il təvəllüdlü Həşimov Çingiz Eldar oğlunu vurub. Yaralıya ilk yardım sürücü tərəfindən göstərilib. O, müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralını başqa bir maşınla İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına aparıb.  

 

Həkim Malik Əliyev deyib ki, hazırda xəstənin vəziyyəti ağırdır. Odur ki, ona lazım olan intensiv terapiya aparılır. Xəstəyə reanimasiya şöbəsində lazım olan tibbi yardım göstərilir.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov