Radamel Falkao “Mançester Yunayted”də!

“Mançester Yunayted” klubu yay transfer pəncərəsinin son günündə daha bir fantastik transferə imza atıb. APA TV-nin məlumatına görə, ingilislər “Monako”nun kolumbiyalı ulduzu Radamel Falkaonu icarəyə götürüblər. “Mançester Yunayted” Falkaonun transfer qiymətini açıqlamasa da, ada mətbuatı “Qırmızı şeytanlar”ın Monakoya 6 milyon funt sterlinq icarə haqqı ödədiyini yazır. Əgər “Mançester” Falkaonu satış hüququ ilə birlikdə əldə etmək istəsə, onda “Monako”ya daha 46 milyon funt sterlinq ödəməli olacaq. 28 yaşlı kolumbiyalı ulduz “Mançester Yunayted”də illik 13,5 milyon funt sterlinq maaş alacaq.

İmzalanma mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Falkao bildirib ki, Luis van Qaalın rəhbərliyi altında oynadığına görə özünü xoşbəxt sayır. Van Qaal ilə Falkaonun dünyanın ən güclü futbolçularında biri adlandırıb və onun qol vurma statistiklərini misal çəkib. Qeyd edək ki, Falkao Kolumbiya yığmasında meydana çıxdığı 51 oyunda 20 qol, “Porto” forması ilə 87 oyunda 72 qol, “Atletiko” forması ilə 91 oyunda 70 qol, “Monako” forması ilə 22 oyunda 13 qol vurub.

Müəllif | Apa.Tv
Apa.tv