Bakıda qısamüddətli yağış yağacaq
Sentyabrın 3-də Bakıda və Abşeron yarmadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-TV-ə verilən məlumata görə, gecə və səhər yarmadanın bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 23-26, gündüz 29-34 dərəcə isti olacaq. Bölgələrdə də əsasən yağmursuz , lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.