Səfirlik: Litvalı deputatlar Dağlıq Qarabağa şəxsi təşəbbüslə səfər edib

Litvanın Azərbaycandakı səfirliyi litvalı deputatların Ermənistan və Dağlıq Qarabağa səfərindən xəbərsiz olub. Bunu APA TV-yə  açıqlamasında Litvanın ölkəmizdəki müvəqqəti işlər vəkili Şarune Kubuilite deyib: “Bizim bu səfərlə bağlı əvvəlcədən heç bir məlumatımız olmayıb. Bu, rəsmi səfər deyil və şəxsi təşəbbüsdür. Litvanın bu məsələdə mövqeyi dəyişməz qalır".

 

Xatırladaq ki, Litva Seyminin üzvləri Dalya Kuodite, Rimvidas Valatka dünən qanunsuz şəkildə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər ediblər. Onlar separatçı rejimin rəhbərliyi ilə görüşlər keçiriblər.

Müəllif | Apa.Tv