Oleq Babayevin qatilləri həbs olunub

Ukraynanın Kremençuk şəhərinin meri, milliyyətcə azərbaycanlı Oleq Babayevi öldürməkdə təqsirli bilinən şəxslər saxlanıb. APA TV-nin məlumatına görə, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Vitali Sakal məlumat verib. Onun sözlərinə görə, istintaq əməliyyatları və operativ axtarış tədbirləri zamanı cinayətdə iştirak edən 4 nəfər müəyyənləşib və onların hamısı saxlanıb. Saxlanan şəxslərdən ən kiçiyinin 22 yaşı var. Hazırda onlar haqqında həbs qətimkan tədbirinin seçilməsi imkanı araşdırılır.
Xatırladaq ki, Ukrayna Ali Radasının keçmiş azərbaycanlı deputatı, Kremençuk şəhərinin meri Oleq Babayev iyulun 26-da qətlə yetirilib. Evindən küçəyə çıxan zaman naməlum avtomobildən enən maskalı naməlum şəxslər Oleq Babayevi avtomatdan atəşə tutublar. Oleq Babayev hadisə yerində dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Apa.tv