NATO-nun sammitində Ukrayna və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq

Sentyabrın 4-5-də Uelsdə NATO sammiti keçiriləcək. APA TV-nin məlumatına görə, sonuncu belə sammit 2012-ci ilə Çikaqoda baş tutub. NATO liderləri isə sonuncu dəfə 1990-cı ildə Marqaret Tetçerin baş nazirliyi dövründə Birləşmiş Krallığa toplanıblar. Amerika prezidenti Barak Obama, Almaniya kansleri Anqela Merkel və Fransa prezidenti Fransua Olandın da bu tədbirə qatılacağı gözlənilir. Sammitin açılış nitqini Böyük Britaniyanın baş naziri Devid Kameron edəcək. Daha sonra ailə fotosu çəkiləcək.

 

Mərasimə NATO-nin ISAF tərəfdaşları da daxil olmaqla 27 ölkə dəvət olunub. BMT və Avrop Birliyinin ali nümayəndələri də tədbirə qatılacaqlar. Sammitin ikinci günü Ukraynadakı vəziyyət  müzakirə olunacaq. Ukrayna prezidenti Pyotr Poroşenko da bu müzakirələrə dəvət olunub.

 

Ukrayna məsələsi ilə yanaşı, sammitdə Əfqanıstanın gələcəyi, yeni təhdidlərlə mübarizə, silahlı qüvvələrə dəstəyin möhkəmləndirilməsi, əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək.

 

Sentyabrın 4-də həmçinin NATO müdafiə nazirlərinin onlarla birgə çalışan 24 ölkənin nazirləri ilə görüşü gözlənilir. 

Müəllif | Apa.Tv
Apa.tv