Bakıda tanınmış aktrisa qəzaya uğrayıb

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza Aeroport şosesində qeydə alınıb.

 

Aynur Abbasovaya məxsus “MG” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yolun kənarındakı təhlükəsizlik səddinə çırpılıb. Sürət yüksək olduğundan, maşın səddə çırpıldıqdan sonra təxminən 50 metr irəli gedib. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Qadın sürücü qəzadan sonra maşını orada qoyaraq hadisə yerindən uzaqlaşıb.

 

Qeyd edək ki, avtomobili idarə edən Aynur Abbasova Bakı Bələdiyyə Teatrının aktrisasıdır. O, son vaxtlar bir neçə seriala da çəkilib.

 

 

 

Müəllif | Apa.Tv