Bakıda yağmursuz hava şəraiti gözlənilir

Sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 23-26 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq. 

 

Sentyabrın 4-də Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv