Ukrayna və Rusiya atəşkəs haqqında razılıq əldə etdi!

Ukrayna prezidenti Pyotr Poroşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. APA TV-nin məlumatına görə, bu barədə Ukrayna hökumətinin rəsmi saytı məlumat yayıb. Telefon danışığında hər iki ölkənin dövlət başçısı Donbasda atəşin birdəfəlik dayandırılması barədə razılığa gəliblər. Qarşılıqlı anlaşma şəraitində keçən söhbətdə Poroşenko və Putin Ukraynada sülh və sabitliyin yaradılması üçün tərəflərin lazımi addımlar atacağı ilə bağlı razılaşma əldə ediblər. Rusiya mənbələri də telefon danışığının baş tutmasını təsdiqləyiblər. Qeyd olunub ki, qarşıdurmalardan əziyyət çəkən bölgələrin əhalisinə humanitar yardımlar da göstəriləcək.

Müəllif | Apa.Tv
Apa.tv