Oleq Babayevin qətli üçün 70 min dollar ödəyən şəxs tutuldu

Kremençuk meri Oleq Babayevin qətlinin sifarişçisi həbs olunub. APA Tv-nin məlumatına görə, bu barədə jurnalistlərə Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib. Onun sözlərinə görə, qətli törətmiş dörd nəfərlə yanaşı, Oleq Babayevin ölümünü sifariş edən şəxs də saxlanıb. Nazir qətlin qisas xarakteri daşıdığını desə də, sifarişçinin adını açıqlamayıb. O bildirib ki, sifarişçi qatillərə 70 min dollar pul verib və onlar müvafiq hazırlıq işi gördükdən sonra Babayevi qətlə yetiriblər.

Ukrayna Ali Radasının keçmiş azərbaycanlı deputatı, Kremençuk şəhərinin meri Oleq Babayev iyulun 26-da qətlə yetirilib. Evindən küçəyə çıxan zaman naməlum avtomobildən enən maskalı naməlum şəxslər Oleq Babayevi avtomatdan atəşə tutublar. Oleq Babayev hadisə yerində dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Apa.tv