Salyan sakini Qaxda narkotiklə tutuldu

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Salyan rayon sakini Qax rayonunda həbs olunub. APA TV-nin xəbərinə görə, Qax rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində tədbir keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Ağçay kəndinin çıxacağında şübhəli "Mercedes" markalı minik maşını saxlanılıb və maşında olan 5 nəfərin üzərində axtarış  aparılıb. Salyan rayonu Şorsu kənd sakini, 1953-cü il təvəllüdlü Zeynalaov Məhəmməd Sədirağa oğlunun üzərindən 7,53 qram qurudulmuş marixuana aşkarlanıb.

 

Qax rayonunun Qaxbaş kəndində kirayəşin yaşayan  Məhəmməd Zeynalov ifadəsi zamanı narkotiki özünün istifadəsi üçün gəzdirdiyini və əvvəllər də narkotik vasitələ istifadə etdiyini bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv