"Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev istefa verib

“Neftçi”futbol komandasının baş məşqçisi Böyükağa Hacıyev istefa verib. APA TV-nin məlumatına görə, komandanın saytına danışan Hacıyev qərarını istirahət etmək istəyi ilə əlaqələndirib. “Yorulmuşam, istirahətə ehtiyacım var. Ona görə istefa ərizəmi klub prezidentinə təqdim etdim. Komanda rəhbərliyinin təkidinə baxmayaraq, tutduğum vəzifədən istefa verdim. Karyeramın ən böyük uğurlarını “Neftçi”də qazanmışam. Klub prezidenti Sadıq Sadıqova bu müddət ərzində hər zaman mənə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Komandaya gələcək oyunlarda uğurlar arzu edirəm”-deyə Hacıyev bildirib.

 

Qeyd edək ki, Böyükağa Hacıyev 2011-ci ildə "Neftçi"yə baş məşqçi təyin olunub.

 

Müəllif | Apa.Tv