Putin 7 maddəlik sabitlik planını açıqlayıb
Rusiya prezidenti Vladimir Putin isə Ukrayna prezidenti Petro Poroşenko ilə telefon danışıqlarının məzmununu açıqlayıb. APA TV-nin məlumatına görə, Putin bildirib ki, söhbət zamanı Ukraynadakı situasiyanın nizamlanmasına dair plan müzakirə edilib və bu planın 7 bənddən ibarət olduğu dəqiqləşdirilib.
Birinci bənd Donetsk və Luqansk istiqamətində silahlı dəstələrin hücum əməliyyatının dayandırılmasını, ikinci bənd atəşkəs şərtlərinə riayət olunmasına beynəlxalq nəzarətin həyata keçirilməsini nəzərdə tutur.
Putin həmçinin Ukraynanın şərqində aviasiyadan istifadə edilməməsinin tərəfdarı kimi çıxış etdiyini deyir. O, rəsmi Kiyevi Donbasa humanitar yardımın çatdırılması üçün dəhliz açmağa çağırıb.
Putinin sözlərinə görə, zərərçəkmiş regionlara təmir briqadalarının göndərilməsinin mümkünlüyü də daha bir bənd kimi qeyd olunub.