Mövqelərimiz atəşə tutulub

Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyindən APA TVyə verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. 

 

Düşmən cavab atəşi ilə susdurulub.

 

Müəllif | Apa.Tv