SOS: Həftə ərzində "Ebola"dan 400 nəfər ölüb

Ötən həftə "Ebola" virusuna yoluxmuş 400 nəfər ölüb. APA TV-nin məlumatına görə, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çen bildirib. Ümumilikdə bu günə qədər 1900 nəfər virusun qurbanı olub. Qvineya, Syerra-Leone və Liberiyada isə 3 500 nəfər təhlükəli virusa yoluxub.

 

Avqustun 8-də Ümumdünya Səhiyyə Təşkilatı Ebola xəstəliyinin yayılmasını beynəlxalq əhəmiyyətli təhlükə elan edib.  

 

Müəllif | Apa.Tv