Futbol üzrə milli komandamız böyük hesabla uduzdu
Azərbaycanın futbol üzrə milli komandası növbəti yoldaşlıq görüşünü keçirib. APA TV-nin məlumatına görə, yığmamız "AVRO 2016"-nın seçmə mərhələsinin ilk oyunu öncəsi səfərdə Rusiya yığması ilə qarşılaşıb. Berti Foqtsun yetirmələri Rusiya millisinə böyük hesabla uduzub: 0:4
Oyunda hesabı 6-cı dəqiqədə Kerjakov açıb. Komandamız hesabı bərabərləşdirməyə çalışsa da, 12-ci dəqiqədə Kerjakov növbəti dəfə millimizi cəzalandırıb.
40-cı dəqiqədə Sergey İqnaşeviç fərqi artırıb. Komandamız fasiləyə 0:3 hesablı məğlubiyyətlə yollanıb.
81-ci dəqiqədə isə Qranat fərqi 4 topa çatdırıb. Beləliklə, matç 0:4 hesabı ilə Rusiya millisinin xeyrinə başa çatıb.
Qeyd edək ki, millimiz 6 gün sonra gələn keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan millisi ilə qarşılaşacaq.